Dövlət qurumları arasında üzgüçülük yarışının qalibləri müəyyənləşib
10 fevral 2024 102
Bakı Su İdmanı Sarayında dövlət qurumları arasında keçirilən üzgüçülük yarısına yekun vurulub.
Qarışıq (qadınlar və kişilər) MİX estafet yarışında Daxili İşlər Nazirliyinin (DİN) komandası qalib olub.
Növbəti yerləri, müvafiq olaraq, SOCAR və Xəzər Dəniz Gəmiçiliyi tutublar.
Kişilər arasında estafet yarışında (4x50, sərbəst üsul) Daxili İşlər Nazirliyinin kollektivi birinci pilləni tutub. SOCAR ikinci, Fövqəladə Hallar Nazirliyi (FHN) isə üçüncü olub.
Qadınların estafet yarışında (4x50, sərbəst üsul) DİN və SOCAR təmsilçiləri bütün rəqiblərini qabaqlayıblar.
Kişilər arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında Emil İbrahimov (DİN) finişə hamıdan tez çatıb. Stanislav Baykov (SOCAR) və Tevhik Ayhan (Dövlət Gömrük Komitəsi) 2-3-cü yerləri tutublar. Qadınlar arasında isə Nərgiz Nəsirova 1-ci, Nuriyə Axundova (hər ikisi DİN) 2-ci, Tatyana Srebnaya (Xəzər Dəniz Gəmiçiliyi) isə 3-cü pillənin sahibi olublar.
Qaliblərə diplom və medallar təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı