Dərya Farşbafşəhriyari yeniyetmələr arasında Olimpiya Oyunlarına lisenziyanı təmin etdi
16 aprel 2018 608

Dünən, Rusiyanın paytaxtı Moskvada Buenos Ayres 2018 yeniyetmələr arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış baş tutub.
Bütün diqqətlərin yönəldiyi bu turnirdə təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq məhz bu oyunlara lisenziyanı əldə edib. Gimnastımız böyük uğura hər 4 çıxışına görə ümumilikdə 53.30 xal toplamaqla nail olub. Yarışlarda ölkəmizi digər bədii gimnastımız Yelizaveta Luzan da təmsil edərək, 43.60 xal toplayıb. Xatırladaq ki, qaydalara əsasən hər ölkədən yalnız bir gimnastın lisenziya qazanmaq şansı olub.
Qeyd edək ki, qalibləri həmyerlimiz, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov mükafatlandırıb.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı