Cüdoçularımızın Tokio-2020 hazırlığı
04 iyul 2021 1083
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşan Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Kişilər və qadınlardan ibarət milli komandalarımız Poreç şəhərindəki cüdo təlim mərkəzində hazırlıq prosesi keçirlər. Toplanışa Azərbaycan yığması ilə yanaşı, 37 ölkədən 500-dən çox idmançı qatılıb. Bu toplanış Tokioda keçiriləcək olimpiadaya hazırlıq məqsədi daşıyır.
Xorvatiyadakı hazırlıq prosesinə olimpiya, dünya və Avropa çempionları, eləcə də dünya reytinqində ilk pillələrdə qərarlaşan cüdoçular qatılıb. Toplanışda İtaliya, Fransa, Rusiya, Gürcüstan, Kosovo, Böyük Britaniya, Danimarka, Belçika, Sloveniya, İspaniya, Özbəkistan, Belarus, Ukrayna, Qazaxıstan, Almaniya və digər ölkələrin milliləri də iştirak edirlər.
Qeyd edək ki, Tokio Olimpiadasında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.
Bənzər xəbərlər
Prezident Olimpiya mükafatçılarını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi ... Ətraflı
Hacı Əliyev: "Bu, hamımızın zəfəridir"
"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox ... Ətraflı