Cüdoçularımız Tel-Əvivdə keçirilən “Böyük Dəbilqə” turnirinə yola düşüblər
14 fevral 2022 483
Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqvimində növbəti mötəbər yarışa İsrail ev sahibliyi edəcək. Cari ilin 17-19 fevral tarixlərində cüdoçularımız Tel-Əviv şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində medallar uğrunda mübarizə aparacaqlar.
Dünyanın 34 ölkəsindən 309 idmançının qatıldığı turnirdə Azərbaycan Milli yığma komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edəcək. Komandanın üzvlərini sizə təqdim edirik:
-60 kq.
Kəramət Hüseynov
Balabəy Ağayev
-66 kq.
Yaşar Nəcəfov
-73 kq.
Rüstəm Orucov
Hidayət Heydərov
-81 kq.
Murad Fətiyev
-90 kq.
Məmmədəli Mehdiyev
Rüfət İsmayılov
-100 kq.
Zelym Kotsoyev
Elmar Qasımov
+100 kq.
Uşangi Kokauri
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı