Cüdoçularımız Qran Pri turnirinin ilk gününü iki medal ilə başa vurdular
25 may 2023 1080
25 mayda Avstriyanın Linz şəhərində keçirilən Qran Pri turnirində qadınlar arasında -52 kq. çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə ispaniyalı idmançı Ariane Toro Soleri məğlub edib. -66 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Kamran Süleymanov isə gümüş medal əldə edib.
Bu gün 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizəyə başlayacaq. Kişilər arasında -73 kq. çəkidə Rəşid Məmmədəliyev və Nurlan Osmanov, -81 kq. çəkidə Zelim Tçkayev tatamiyə çıxacaq.
Qeyd edək ki, may ayının 27-nə kimi davam edən turnirdə dünyanın 72 ölkəsindən 455 idmançı iştirak edir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
