Xəbərlər

Cüdoçularımız Portuqaliya Qran-Pri yarışında iştirak edəcəklər.

26 yanvar 2022 478

28-30 yanvar  tarixlərində cüdoçularımız Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pri turnirində iştirak edəcəklər.

Azərbaycanı turnirdə kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi Mövlud Mirəliyevin və qadınlardan ibarət milli yığma komndanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərlik etdiyi aşağıdakı idmançılar təmsil edəcək:
-60 kq.
Balabəy Ağayev 
Rövşən Əliyev 
-66kq.
Yaşar Nəcəfov 
-73 kq.
Zaməddin Poladov 
-81 kq.
Zelim Çkayev 
-90 kq.
Rüfət İsmayılov 
-100 kq.
Adil Kərimli 
+100 kq.
İmran Yusifov
Uşanqi Kokauri 

-48 kq.
Aydan Vəliyeva 
Şəfəq Həmidova 
-52 kq.
Səbinə Əliyeva
Turnirdə 45 ölkədən 400-ə yaxın idmançının iştirak etməsi gözlənilir. 
İdmançılarımıza uğurlar arzu edirik!