Xəbərlər

Cüdoçularımız Masters turnirində 1 gümüş 2 bürünc medal qazandı

23 dekabr 2022 483

İsraildə keçirilən Master turnirinə dekabrın 22-də yekun vurulub. Cüdoçularımız turnirdə ümumilikdə 3 medal əldə edib. 

Yarışın ilk günündə -60 kq. çəkidə Balabəy Ağayev bürünc medal, yarışın ikinci günündə isə -81 kq. çəkidə Səid Mollayi gümüş medal əldə edib. Yarışın son günündə isə -100 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Cafar Kotsoyevə qalib gələrək bürünc medala sahib olub.