Cüdoçularımız Böyük Dəbilqə turnirinin ikinci günü 3 medalla başa vurdular
10 iyul 2022 296

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük dəbilqə turnirinin ikinci günündə tatamiyə çıxan 4 cüdoçumuzdan 3-ü medal qazanıb.
Belə ki, -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gəlib. O, final görüşündə də Gürcüstan təmsilçisi, olimpiya, dünya və Avropa çempionu Laşa Şavdatuaşvilini "vaza-ari" ilə məğlub edərək, qızıl medala sahiblənib.
Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Rüstəm Orucov isə üçüncü yer uğrunda mübarizədə Kuba təmsilçisi Maqdiel Estradanı üstələyərək bürünc medala yiyələnib.
-81 kq. çəkidə mübarizə aparan cüdoçumuz Səid Mollayi finalda braziliyalı Qilerme Şmitlə qarşılaşıb və komandanın aktivinə gümüş medal qazandırıb.
İdmançılarımızın uğurlu çıxışı sayəsində iki günün nəticələrinə görə, Azərbaycan milli yığma komandası kişilər arasında birinci yerə, ümumi komanda hesabında isə Yaponiyadan sonra ikinci yerdə qərarlaşıb.
Bənzər xəbərlər

Naxçıvanda 300-dək gimnastın iştirakı ilə keçirilən beynəlxalq turnirə start verildi
Bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ... Ətraflı

Dünya çempionatı: klassiklərimiz mübarizəyə başlayırlar
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterlidünya çempionatı davam ... Ətraflı