Cüdoçularımız Avropa Kubokunun ilk günündə 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı
01 oktyabr 2022 502
1 oktyabrda Sloveniyanın Sele şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirinə start verilib. İdmançılarımız yarışın ilk günündə 6 medal əldə edib.
-60 kq. çəkidə final görüşündə iki Azərbaycan cüdoçusu Rəşad Yelkiyev və Kənan İsmayılov mübarizə aparıb. Nəticədə Rəşad Yelkiyev qızıl, Kənan İsmayılov isə gümüş medalları bölüşüb.
-66 kq. çəkidə mübarizə aparan cüdoçumuz Tofiq Məmmədov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Tofiq həlledici görüşdə almaniyalı cüdoçu Patrik Vayzerə qalib gələrək turnirin qızıl medalını qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Ruslan Paşayev italiyalı cüdoçu Françesko Karqneluttiyə qalib gələrək bürünc medal qazanıb.
-73 kq. çəkidə qızıl medal uğrunda qarşılaşmada Azərbaycan təmsilçiləri Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev üz-üzə gəlib. Həlledici qarşılaşmada Rəşid Məmmədəliyev yarışın qalibi olub. Nəriman Mirzəyev isə gümüş medala layiq görülüb.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı