Cüdoçu Zelim Kotsoyev Olimpiya Dünya Reytinq siyahısında birinci oldu
20 fevral 2023 1447
Fevralın 18-i Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirinin son günündə -100 kq. çəkidə mübarizə aparan idmançımız Zelim Kotsoyev finalda niderlandlı Mixael Korrela qalib gələrək qızıl medal qazandı. Qeyd edək ki, niderlandlı idmançı öz çəkisində dünya reytinqində hal-hazırda birinci yerdədir.
Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc olunan məqaləyə əsasən Zelim Kotsoyev dünya cüdo turunda artıq stabil və davamlı nəticə əldə edib. O, ardıcıl olaraq böyüklər arasında Daşkənd Dünya çempionatında, İsraildə keçirilən Masters turnirində və Paris Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
Müəllifin sözlərinə görə, iki idmançı arasında fərq az idi: Korrel dünya reytinqində 2-ci, Kotsoyev isə 3-cü yerdə idi. Final görüşü zamanı Korrel iki “şido” aldı. Niderlandlı idmançı Kotsoyevin sürətinə çata bilmirdi və idmançımız “sato-makikomi” nümayiş etdirərək “ippon” -la qalib gəldi.
Hal-hazırda, Zelim Kotsoyev Olimpiya Dünya Reytinq siyahısında -100 kq. çəki dərəcəsində birinci yerdə qərarlaşıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
