Çingiz Hüseynzadə: Televiziya festivalları Azərbaycan idmanının salnaməsini yaradacaq
16 yanvar 2024 1132
Televiziya festivalları Azərbaycan idmanının salnaməsini yaradacaq.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın açılış mərasimi barədə jurnalistlərə açıqlamasında deyib.
Bu festivalın ikinci dəfə keçirildiyini diqqətə çatdıran Ç.Hüseynzadə layihənin uğurlu olacağını bildirib: “Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə ikinci dəfə “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” keçirilir. Özünüz də Toğrul Əsgərov haqqında filmlə tanış oldunuz. Bu film artıq bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bizim işimiz telekanalların və federasiyaların fəal iştirakı üçün motivasiya olacaq. Məqsəd gənclər arasında idmana marağı artırmaq və onların uğurlarını işıqlandırmaqdır. Azərbaycanda idman öz həqiqi yerini tapır. Ümid edirəm ki, bu cür festivallar çox olacaq”.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı