Xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib.

07 aprel 2019 468

Bu gün Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda İHİF-in vitse-prezidenti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak etmişdir.

Tədbir çərçivəsində İHİF-in prezidentliyinə namizəd şəhzadə Abdulaziz bin Turki ALFAİSAL vitse-prezident Çingiz Hüseynzadə ilə görüşüb və qurumun fəaliyyəti haqqında müzakirə aparılıb. Həmçinin, İHİF-in baş katibi Mohammed Saleh AL-GARNAS, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum adı çəkilən təşkilatın hesabatı ilə çıxış ediblər.

Xatırladaq ki, 8 aprel tarixində növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək. Assambleya çərçivəsində İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçiləcəkdir.

Əlavə olaraq hesabat çıxışları, 2021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr gündəlikdə olan məsələlər sırasındadır.