Çingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olundu
22 yanvar 2018 464
22 yanvar 2018-ci il tarixində Milli Olimpiya Komitəsində Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyəti ilə görüş keçirildi.
Nümayəndə heyətindən Beynəlxalq Hərbi idman Şurasının prezidenti polkovnik Abdullahakim Mohamed İsa Alşino, BHİŞ prezidentinin xüsusi məsləhətçisi Konstantinos Kousantas, Beynəlxalq Hərbi İdman Şurasının Qara dəniz, Balkan və Cənubi Qafqaz ölkələri üzrə koordinasiya ofisinin rəisi Nevzat Varol və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, Azərbaycan Respublikası Silahli Qüvvələrinin Beynəlxalq Hərbi İdman Şurasındakı nümayəndə heyətinin rəhbəri Rəşad Quliyev həmçinin, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov, MOK-un icra aparatının rəhbərinin köməkçisi Həsənağa Rzayev iştirak edib.
Görüş zamanı MOK və BHİŞ arasında əlaqələrin genişləndirilməsi, təlimlərin keçirilməsi, idmançıların hərbi yarışlara qatılması mövzüsünda müzakirələr aparıldı. Beynəlxalq Hərbi İdman Şurasının dəstəyi ilə keçirilmiş yarışları və uğurlu nəticələri qeyd edildi. Sonda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasında idmanın inkişafında gördüyü xidmətlərə görə orden ilə təltif olundu.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı