Çingiz Hüseynzadə Avropa Atletika Assosiyasiyasının mükafatına laiq görüldü.
17 oktyabr 2017 484
2-14 Oktyabr 2017-ci il tarixində, Litvanın Vilnüs şəhərində Avropa Atletika Assosiyasiyasının Konqresi və Konvensiyasında Çingiz Hüseynzadə mükafatlandırılıb.
Ənənəvi olaraq ilin sonunda keçirilən mükafatlandırma mərasimində, Avropa Atletika Assosiyası bir neçə kateqoriya üzrə ən fəal üzv federasiyalara mükafatlar təqdim edir. Mükafatlandırma mərasimində, Azərbaycan Atletika Federasiyasının Prezidenti, cənab Hüseynzadə Çingiz Muxtar oğlu, Azərbaycan Atletika Federasiyanın inkişafındakı əvəzsiz roluna və Avropa Atelika Assosiyasiyasının tədbirlərindəki fəal iştirakına görə bu mükafata laiq görülmüşdür. Bu münasibətlə Çingiz müəllimi ürəkdən təbrik edirik.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı