Boksçularımız Olimpiadaya İtaliyada hazırlaşır
07 iyul 2021 433

Tokio Yay Olimpiya Oyunlarına hazırlaşan kişi boksçulardan ibarət Azərbaycan milli komandası İtaliyada beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Yığmamız Assizi şəhərindəki Boks Akademiyasında hazırlıq keçir.
Toplanışa 10-dək ölkə qatılıb. Artıq Fransa millisi geri dönsə də, İtaliya, Kolumbiya, Hindistan, Ekvador, Peru və digər millilərlə birgə məşqlər davam edir.
Boksçularımız Assizidə əsasən fiziki və taktiki hazırlıq üzərində çalışırlar. Onların növbəti günlərdə sınaq döyüşləri də planlaşdırılır. Toplanışa Tokio-2020-yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qatılıblar. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz iyulun 18-dək İtaliyada hazırlıq keçəcək və oradan Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq.
Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.
Bənzər xəbərlər

Rafiq Hüseynov: "Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir"
"Azərbaycana medal gətirdiyimiz üçün sevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın ... Ətraflı

"Hər zaman sizin fəxriniz olmağa çalışıram" - İrina Zaretska
"Bütün Azərbaycana təşəkkür edirəm. Hər zaman sizin fəxriniz olmağa çalışıram". Bu ... Ətraflı