Xəbərlər

Boksçularımız Kazandan 5 medalla dönür

04 sentyabr 2021 1001

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında boks yarışları davam edir. Turnirin üçüncü günündə Azərbaycan millisinin 2 oğlan idmançısı rinqə çıxıb.

 

İlk sınağında Vadim Veçerskiyə (Belarus) qalib gələn Tağı Nəsibov (48 kq) yarımfinalda özbəkistanlı Javohir Kuysinovla qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb. Muinxon Mavlonovu (Tacikistan) mübarizədən kənarlaşdıran İbrahim Zeynalov (50 kq) isə finala gedən yolda rusiyalı Artyom Nazarovla döyüşüb. Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib.

 

Beləliklə, yarışa 8 idmançı ilə yollanan yeniyetmələrdən ibarət boks komandamız Oyunları 5 bürünc medalla başa vurub. Nəsibov və Zeynalovla yanaşı, bir gün öncə yarımfinalda uduzan Aysu İsmayılova (48 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) da 3-cü yerlə layiq görülüblər.