Baş nazir Əli Əsədov sərəncam imzaladı
09 aprel 2022 1472
Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı barədə təkliflər on beş gün müddətində hökumətə təqdim ediləcək. Bu Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 3193 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə imzaladığı sərəncamında əksini tapıb. Sərəncama əsasən Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birlikdə Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 3193 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı barədə təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı