Xəbərlər

Bakının Yeniyetmələrin Avropa Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalan

25 noyabr 2017 515

25 noyabr 2017-ci il tarixində Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimatı keçirildi.

Mərasimdə müqaviləni Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi imzalayıblar.

Həmçinin, tədbirdə Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalına dair təqdimat Gənclər və İdman naziri (GİN) Azad Rərimov və GİN-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən keçirilib.

Xatırladaq ki, 23-25 noyabr 2017-ci il tarixlərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 46-cı Baş Assambleyası keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətini Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov təmsil edirlər.