Bakıda “Gəlin birlikdə qaçaq” şüarı altında yarış keçirilib
03 sentyabr 2023 814
Bakıda Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş "Gəlin birlikdə qaçaq" şüarı altında yarış keçirilib.
Dənizkənarı Milli parkda “Dəniz Mall” Ticarət Mərkəzinin yaxınlığında təşkil olunmuş yarış 5 km məsafəni əhatə edib.
Finişə hamıdan tez paytaxt sakini Elman Abışov çatıb. 36 yaşlı qalib təşkilatçılara təşəkkürünü bildirib: “Bu yarışda qalib gəldiyim üçün çox sevinirəm. Dəfələrlə ölkə yarışlarının qalibi və mükafatçısı olmuşam. Gələcək yarışlarda idmançılara uğurlar arzu edirəm. Belə tədbirlərin keçirilməsi idmançıların inkişafına kömək edir. Həmçinin insanların idmana olan sevgisini daha da artırır”.
Qeyd edək ki, yarışa paytaxt və regionlardan qadın, kişi, yeniyetmə, uşaq olmaqla, 200-dən artıq iştirakçı qatılıb.
Yarış sağlam həyat tərzini təbliğ etmək, idmanın inkişafına töhfə vermək və kütləviliyin artırılması məqsədilə keçirilib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı

