Bakıda atletikanın atma növləri üzrə məşq bazası açılıb
27 noyabr 2023 533
Avropa Atletika Assosiasiyasının və Azərbaycan Atletika Federasiyasının rəhbərliyi Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Rəsmilər Ümummilli Liderin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Ardından ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanı ziyarət edilib.
Daha sonra Əmircan qəsəbəsindəki 226 nömrəli tam orta məktəbin stadionunda atletikanın atma növləri üzrə məşq bazasının açılış mərasimi keçirilib. Tədbirdə Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Balkan Atletikasının prezidenti Slobodan Brankoviç və Türkiyə Atletika Federasiyasının prezidenti Fatih Çintimar iştirak ediblər.
Bu qurğuda idmançıların istifadəsi üçün çəkic atma, nizə atma, lövhə atma, nüvə itələmə, uzunluğa tullanma sektorları və qaçış cığırları mövcuddur.
Bu gün, həmçinin Azərbaycan Atletika Federasiyasının yeni ofisinin açılış mərasimi keçirilib.
Bənzər xəbərlər
Ferstappen Qətər Qran-prisinin sıralama turundakı qələbəsindən məhrum edilib
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” avtomobil ... Ətraflı
Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ... Ətraflı