Xəbərlər

Badmintonçularmız Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar

27 fevral 2023 511

Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi kişi badmintonçuların qoşa kateqoriyasında “International Challenge” seriyalı beynəlxalq turnirdə gümüş medala layiq görülüb. Mübarizəyə 1/16 finaldan başlayan badmintonçularımız İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərinə qalib gələrək “Uganda International Challenge 2023” turnirinin finalına yüksəlməklə gümüş medalı təmin edib. Edi-Ezmi qoşası həlledici görüşdə Tailand badmintonçularına 0:2 (19-21,18-21) uduzub.