Azərbaycanın stolüstü tennisçiləri Afrikaya yollanıblar
27 fevral 2024 138
Stolüstü tennis üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışda mübarizə aparacaq.
Yığma dünya seriyalı “WTT Youth Contender” turnirində qüvvəsini sınayacaq.
Əlcəzairdə təşkil olunacaq yarışda 8 idmançı bacarığını göstərəcək. Məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli bu gün Afrikaya yollanıblar.
Fevralın 28-də start götürəcək yarışa martın 2-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı