Azərbaycanın EYOF-da medal sıralamasındakı yeri bəlli olub
01 avqust 2022 1592
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan medal sıralamasında 18-ci yeri tutub.
Azərbaycana 7 medalın (2 qızıl, 4 gümüş, 1 bürünc) hamısını cüdo millisinin üzvləri, eləcə də oğlan və qızlardan ibarət qarışıq komanda əldə edib. Ümumilikdə ölkəni 33 idmançı təmsil edib.
Azərbaycan Qafqaz ölkələri arasında ən yaxşı nəticəni göstərib. 1 qızıl və 6 bürünc medal qazanmış Gürcüstan 24-cü, 3 bürünc medal qazanmış Ermənistan isə 33-cü olub.
Postsovet ölkələri arasında isə bu, ikinci nəticə olub. Ukrayna 6 qızıl, 6 gümüş, və 6 bürünc medalla ümumi sıralamada 7-ci olub.
Ümumilikdə 47 medal (21 qızıl, 12 gümüş, 14 bürünc) qazanan İtaliya 1-ci, 32 medala (9 qızıl, 8 gümüş və 15 bürünc) malik Almaniya 2-ci, 19 medala (8 qızıl, 7 gümüş və 4 bürünc) yiyələnmiş İspaniya 3-cü olub. Meydan sahibi Slovakiya isə 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) yalnız 21-ci ola bilib.
Qeyd edək ki, bundan öncə 2019-cu ildə Bakıda keçirilmiş EYOF-da Azərbaycan 23 medalla (10 qızıl, 7 gümüş, 6 bürünc) 4-cü yeri tutmuşdu. Növbəti festival 2023-cü ildə Sloveniyanın Maribor şəhərində olacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı