Azərbaycanın dörd pauerliftinqçisi Avropa çempionu olub
16 oktyabr 2023 1047
Azərbaycan idmançıları İspaniyanın paytaxtı Madriddə “Arnold Classic Europe” idman festivalı çərçivəsində keçirilən pauerliftinqin WRPF versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
140 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Namazov master kateqoriyasında “deadlift” hərəkəti üzrə 330 kiloqram nəticə ilə birinci olub.
Yeniyetmələr arasında mübarizə aparan İlkin Namazov (125 kiloqram) “benç press” hərəkətində 152,5, “deadlift”də isə 230 kiloqram nəticə ilə qızıl medal qazanıb.
Ramil Əhmədov (100 kiloqram) “Open” kateqoriyasında, ümumilikdə 815 kiloqram göstərici ilə Avropa çempionu olub. O, “squat” hərəkətində 310, “benç press”də 205, “deadlift”də isə 300 kiloqramı ram edib.
Azərbaycanın digər təmsilçisi Vüsal Ağalarov (100 kiloqram) isə klassik pauerliftinq üzrə “Open” kateqoriyasında 850 kiloqram göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı