Azərbaycan Voleybol Federasiyası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev kuboku” təşkil edəcək
24 aprel 2023 225
Aprelin 25-də start götürəcək yarışda həm qadın, həm də kişi voleybolçular mübarizə aparacaq.
Qadınların yarışında I Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaq.
Kişilərin yarışında isə I Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Təhsil”, “Express”, “Xarı bülbül-2 Şuşa” və Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” komandaları mübarizə aparacaqlar
Turnir 4 gün davam edəcək. Oyunlar olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubokun final görüşləri baş tutacaq.
Qarşılaşmalar Azərbaycan Voleybol Federasiyasının idman zalında, “Murov” klubunun idman zallarında və Voleybol Mərkəzində təşkil olunacaq.
Oyunların cədvəli
25.04.2023
Qadınlar
14:00 “Ryuga” – “Abşeron”
15:30 Kubokun AÇILIŞ mərasimi
16:00 “Murov-2” – “Azərreyl”
18:00 “Xarı bülbül Şuşa” – UNEC
(Oyunlardan sonra yarımfinalın püşkatması)
Məkan: Azərbaycan Voleybol Federasiyasının idman zalı
25.04.2023
Kişilər
14:00 “Express” - “Xarı bülbül Şuşa”
15:30 Kubokun AÇILIŞ mərasimi
16:00 “Xarı bülbül-2 Şuşa” – “Murov”
18:00 “Təhsil” - MOİK
(Oyunlardan sonra yarımfinalın püşkatması)
Məkan: “Murov” voleybol klubunun idman zalı
26.04.2023
Yarımfinal (qadınlar)
14:00 Birinci oyun
16:00 İkinci oyun
Məkan: Voleybol Mərkəzi
27.04.2023
Yarımfinal (kişilər)
16:00 Birinci oyun
18:00 İkinci oyun
Məkan: Voleybol Mərkəzi
28.04.2023
14:00 Final (qadınlar) (CBC SPORT-canlı)
16:00 Final (kişilər) (CBC SPORT-canlı)
Oyunlardan sonra turnirin bağlanış mərasimi
Məkan: Voleybol Mərkəzi
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı