Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə 3-cü yeri qazandı
29 aprel 2022 533
Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən üzgüçülük növü üzrə Beynəlxalq turnirdə 3 cü yerə sahib olub, bürünc medal qazanıb. Azərbaycan Üzgüçülük Federasiyandan verilən məlumata görə ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə qazanan Məryəm 50 metr sərbəst üsulda 26.83 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer ala bilib. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun sözlərinə görə Məryəm Şeyxəlizadəxangahın 50 metr sərbəst üsulda 26.83 nəticəsi ölkə və həm də şəxsi rekordudur:
“Komanda yarışlara ciddi hazırlaşır. Məryəmin çıxışında lisenziya normativi üçün çöx cüzi vaxt çatışmamazlığı oldu. Ümidvarıq ki, növbəti yarışlarda o dünya çempionatına vəsiqə qazana biləcək” deyə baş məşqçi əlavə edib.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı