Azərbaycan Üzgüçülük Federasiyasında hesabat-seçki konfransı keçirilib
18 noyabr 2021 478

Azərbaycan Üzgüçülük Federasiyasında hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan növbədənkənar seçkidə Milli Məclisin deputatı Xanlar Fətiyev yenidən federasiya prezidenti seçilib.
İclasda gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Ç.Hüseynzadə çıxışında X.Fətiyevə uğurlar arzulayıb: "İnanıram ki, bu idman növünün inkişafına daha da böyük töhfə verəcəksiniz. Bəzi federasiyalarda gender bərabərliyinə diqqət yetirilmir. Gender bərabərliyini nəzərə almağınızı istəyirəm. Beynəlxalq səviyyədə hüquqlar bərabərdir. Bunu nəzərə alacağınıza da inanıram. Üzgüçülük Federasiyasına suya tullanma, sinxron üzgüçülük və s. növlər daxildir. Beynəlxalq federasiyanın adı üzgüçülük deyil. Bizdə Vaterpol Üzgüçülük Federasiyası da yaratmaq olar. Bunu növbəti əsasnamədə nəzərə almaq lazımdır".
Öz növbəsində X.Fətiyev qaldırılan məsələləri mütləq yerinə yetirməyə çalışacaqlarına söz verib: "Biz fikirlərinizi iş planlarımıza daxil edəcəyik. Cənab nazirə və toplantı iştirakçılarına minnətdarlığımı bildirirəm".
Bənzər xəbərlər

Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan idman tədbiri keçirilib
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ... Ətraflı

Bu gün çimərlik voleybolçularımız iki beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər
Bu dəfə təmsilçilərimiz ilk olaraq 29 sentyabr-1 oktyabr tarixlərində Türkiyənin ... Ətraflı