Azərbaycan təmsilçisi fiqurlu konkisürmə üzrə dünya çempionatında ilk çıxışını təqdim edib
23 mart 2022 441

Martın 23-də Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən atletimiz Yekaterina Ryabova Fransanın Montpellier şəhərində keçirilən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatının qısa proqramında ilk çıxışını edib.
Buz üstünə çıxan təmsilçimiz 65.50 xal toplayaraq 9-cu yerdə qərar tutub.Topladığı xalların nəticəsinə uyğun olaraq təmsilçimiz növbəti mərhələyə yüksəlib.
Yekaterinanın yarışda növbəti çıxışı sərbəst proqram üzrə martın 25-də olacaq.
Martın 21-də start götürən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur.
Vladimir Litvintsev martın 24 -də qısa proqramda, 26-da sərbəst proqramda çıxış edəcək.
Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy isə martın 25 və 26-da qısa və sərbəst proqram üzrə çıxış edəcəklər.
Qeyd edək ki, Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatı martın 27-ə kimi davam edəcək.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı