Azərbaycan tarkvondoçusu Paris-2024-ə lisenziya qazanıb
17 dekabr 2023 1171
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə” turnirində 58 kq çəki dərəcəsində taekvondo üzrə təsnifat mərhələsində uğurlu çıxış edərək qızıl medal qazanıb. O, “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan ilk Azərbaycan taekvondoçusu olub.
Təsnifat mərhələsini qızıl medalla başa vuran taekvondoçumuz Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”-nin Çempionlar Seriyasınının final mərhələsinə yüksəlib. Taekvondoçumuz bu mərhələni də uğurla başa vuraraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarına 9-cu lisenziyanı təmin edib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı


