Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib
10 fevral 2022 529

Fevralın 10-da Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib. Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra, Azərbaycan Qolf Federasiyası rəhbərliyinə seçkilər keçirilib. Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib.
Yığıncaqda həmçinin Anar Əzimov federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Qolf Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətinə üzv seçiliblər.
Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov çıxış edərək ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib və bu idman növünün inkişafı üçün görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.
Bənzər xəbərlər

Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan idman tədbiri keçirilib
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ... Ətraflı

Bu gün çimərlik voleybolçularımız iki beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər
Bu dəfə təmsilçilərimiz ilk olaraq 29 sentyabr-1 oktyabr tarixlərində Türkiyənin ... Ətraflı