Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndə heyəti Avropa Olimpiya Akademiyasının Konqresində iştirak edib
25 noyabr 2022 1064
Avropa Olimpiya Akademiyasının növbəti konqresi Almaniyanın Frankfurt şəhərində keçirilib. "Olimpiya Hərəkatının Fırtınalı Suları" adı altında keçirilən konqresdə Azərbaycanı Olimpiya Çempionu, ADBTİA-nın idman işləri üzrə prorektoru, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov və MOK-un Marketinq şöbəsinin müdiri, Azərbaycan Milli Olimpiya Akademiyasının Beynəlxalq Layihələr departamentinin müdiri Səkinə Vəliyeva təmsil edib. Konqres çərçivəsində keçirilən Baş assambleyada Manfred Laemmer yenidən qurumun prezidenti seçilib. Baş Assambleyada Avropa Olimpiya Akademiyasının strateji planı da qəbul edilib. Strateji planda qarşıdakı 8 il üçün təşkilatın missiyası, dəyərləri, məqsədləri və strateji təşəbbüsləri öz əkisni tapıb. Yaxın gələcəkdə Akademiyanın əlavə seminarlaının keçirilməsi haqda müzakirələr aparılıb. Bir neçə ölkənin Milli Olimpiya Akademiyası, Avropa Olimpiya Akademiyasının konqreslərinə ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər. Baş Assambleyada Malta Olimpiya Akademiyası Avropa Olimpiya Akademiyasının üzvlüyünə (30-cü üzvü) qəbul edilib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
