Xəbərlər

Azərbaycan komandası gənclər arasında Avropa çempionatında qarışıq komanda yarışında ilk dəfə medal qazandı

17 sentyabr 2022 387

18 sentyabr tarixində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatının komanda yarışlarında cüdoçularımız bürünc medal qazanıb.

Azərbaycan komandası üçüncü yer uğrunda mübarizədə Almaniya yığmasına 4:1 hesabı ilə qalib gələrək çempionatın bürünc medalına yiyələnib. 

Xatırladaq ki, Azərbaycan yığması ilin əvvəlindən etibarən qatıldığı bütün komanda yarışlardan medalla geri dönüb. İdmançılarımız yeniyetmələrin Avropa çempionatında bürünc medal, EYOF 2022-də qızıl medal, yeniyetmələrin Dünya çempionatında gümüş medal, V İslam Həmrəyliyi Oyunlarında kişilər arasında qızıl medal, qadınlar arasında bürünc medal və gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, cüdoçularımız Avropa çempionatının fərdi yarışlarında yarışları 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. 

İdmançılarımızı təbrik edirik!