Azərbaycan karateçiləri Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Karate 1 Premyer Liqa turnirində 5 bürünc medal qazanıb
30 yanvar 2023 501
Tural Ağalarzadə (-60 kq), Fərid Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq), Mədinə Sadiqova (-55 kq) və İrina Zaretska (-68 kq) Premyer Liqa turnirində üçüncü yeri tutub. Dünya Karate Federasiyasının (WKF) turnirlər seriyasından ən nüfuzlu yarışın bürünc medalları uğrunda döyüşən 8 idmançımızdan birinci görüşdə zədə alan Əminağa Quliyev (-60 kq), Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (84+ kq) son anda medalı əldən verib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Mövsümün ilk Premeyr Liqa yarışına 58 ölkədən 384 idmançı qatılıb.
Qahirədə həmçinin Premyer Liqanın ötən mövsümünün nəticələrinə əsasən yüksək reytinqli idmançılara “Grand Winner” mükafatı təqdim edilib. 12 karateçi arasında Əminağa Quliyev (Bakı, 1-ci yer, Rabat 3-cü yer, Qahirə 5-ci yer) və İrina Zaretska (Fuceyra 1-ci yer, Mataşinos 2-ci, Bakı 1-ci yer, Qahirə 3-cü yer) da bu mötəbər mükafata layiq görülüb. Böyüklərdən ibarət milli komandanı Martın ikinci yarısı İspaniyada Avropa çempionatı gözləyir.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı