Azərbaycan gimnastı Ümumdünya Oyunlarına vəsiqə qazanıb
16 noyabr 2023 1010
Azərbaycan gimnastı Mixail Malkin 2025-ci ildə Çinin Çendu şəhərində təşkil ediləcək 12-ci Ümumdünya Oyunlarına vəsiqə qazanıb.
27 yaşlı idmançı buna Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal əldə etməklə nail olub.
Qeyd edək ki, Mixail Malkin Azərbaycanın gimnastika tarixinə ilk dəfə tamblinq üzrə qızıl medal qazanan idmançı kimi düşüb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı