Xəbərlər

Azərbaycan daha bir lisenziya qazandı

21 aprel 2021 982

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyanı təmin edib.

 

Milli komandamıza növbəti vəsiqəni qılıncoynadanımız Anna Başta qazandırıb. O, İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlməklə, bu hüquqa yiyələnib. 

 

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 20-yə çatıb.