Azərbaycan cüdoçuları Belçika Açıq Cüdo turnirində iştirak edəcəklər
25 yanvar 2024 152
Azərbaycan cüdoçuları Belçikanın Vise şəhərində keçiriləcək beynəlxalq Belçika Açıq Cüdo turnirində iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, milli komanda yarışda kişilər arasında 7 çəki dərəsində 12 idmançı ilə təmsil olunacaq.
Onlar Rövşən Əliyev (60 kiloqram), Aydın Rzayev (66 kiloqram), Nəriman Mirzəyev (73 kiloqram), Məmmədrza Hacızadə, Kərim Allahverdiyev, İslam Kərimov (hamısı 81 kiloqram), Əjdər Bağırov, Musa Hüseynli (hər ikisi 90 kiloqram), Hüseyn Dadaşov, Ruslan Nəsirli (hər ikisi 100 kiloqram), Camal Feyziyev və Kənan Nəsibovdur (hər ikisi +100 kiloqram).
Cüdoçulara böyüklərdən ibarət yığmanın məşqçisi Rüstəm Alimli rəhbərlik edəcək.
Qeyd edək ki, beynəlxalq Belçika Açıq Cüdo turniri yanvarın 27-28-də keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı