Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək
22 avqust 2022 634
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçiriləcək. 25 avqustda başlayacaq və 3 sentyabra qədər davam edəcək təlim-məşq toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət milli yığma üzvləri ilə yanaşı Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları iştirak edəcək.
120-dən artıq idmançının qatılacağı təlim-məşq toplanışında Olimpiya Oyunlarının, Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları yer alacaqlar.
Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət milli yığması üçün 6-12 oktyabrda Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Dünya çempionatı və gənc oğlanlardan ibarət milli yığması üçün 15-18 sentyabrda Çexiyanın Praqa şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatı üçün hazırlıq məqsədi daşıyır.
Bənzər xəbərlər
Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə ... Ətraflı
Gənc cüdoçulardan ibarət millimiz Avropa kubokunda iştirak edəcək
Mayın 20-21-də İtaliyanın Liqnano şəhərində cüdo üzrə Avropa Kuboku turniri ... Ətraflı