Azərbaycan boksçusu lisenziya turnirində rəqibini mübarizədən kənarlaşdırıb
08 mart 2024 674
Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Ü.Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.
Qeyd edək ki, bu gün yığmanın daha bir boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kiloqram) Meylin Çala Susanla (Ekvador) döyüşəcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı