Azərbaycan basketbolunun gələcəyi okeanın o tayına yollanır
26 sentyabr 2023 206

28 sentyabr tarixində gənclərdən ibarət yığmamızın üzvü Hüseyn Qaflanov, Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə basketbol karyerasını daha üst səviyyədə davam etdirmək üçün ABŞ-a yola düşəcək. Gənclərdən ibarət yığmamızın baş məşqçisi Tahir Baxşıyevin kəşf etdiyi 15 yaşında 210 santimetr boya malik gənc istedadımız bu oyunun sirlərinə daha yaxından yiyələnmək üçün, 1 il müddətində Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və basketbol üzrə hazırlıq kurslarını keçəcəkdir. Bu hazırlıq prosesində basketbolcumuza peşəkar amerikalı mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaqdır. Federasiya adından bu məsuliyyətli yolda Hüseynə uğurlar arzu edirik.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı