Xəbərlər

Azərbaycan Basketbol Liqasında 9-cu turun daha iki oyunu keçirildi

10 dekabr 2022 460

10 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 9-cu turu çərçivəsində daha iki oyun baş tutdu. Günün ilk görüşü "NTD BK" və "Olimpik Şəki BK" komandaları arasında keçirildi. Oyun sürətli başlayan paytaxt basketbolçuları rəqibi üzərində 105-78 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular:  "NTD BK" ( Londell King - 29 xal, 14 ribaund ), "Olimpik Şəki BK" ( Ceyson Brauer - 30 xal, 9 ribaund ). Günün son oyununda "Neftçi İK" və "Sərhədçi PİK" basketbolçuları üz-üzə gəldilər. "Sərhədçi PİK" komandası rəqibi üzərində 76-81 hesabı ilə qələbə qazanaraq, ilk dövrədəki məğlubiyyətin əvəzini çıxdı. Ən məhsuldar basketbolçular: "Neftçi İK" (Bayron Maksvel - 25 xal, 15 ribaund ), "Sərhədçi PİK" (Endar Poladxanlı  - 23 xal, 6 ribaund )

  Qeyd edək ki, turun bağlanış oyunu 11 dekabr saat 18:30 tarixində, "Gəncə BK" və "Zirvə Astara BK"  komandaları arasında keçiriləcək.