Xəbərlər

Azərbaycan Basketbol Liqasında 4-cü tura start verildi

02 noyabr 2022 744

 2 noyabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 4-cü turu start götürdü. Turun açılış oyununda iki şəhər komandası "NTD BK" və "AAAF Xırdalan BK" üz-üzə gəldilər. İki dəfə əlavə vaxtın yaşandığı oyunun yekununda "NTD BK" komandası rəqibinə 99-97 hesablı ilə qalib gəldi. Ən məhsuldar basketbolçular: "NTD BK" (Stenford Vilyam 22 xal- 9 ribaund ), "AAAF Xırdalan BK" ( Endryu Korum  26 xal - 18 ribaund) .Günün ikinci oyununda paytaxt klubu "Neftçi İK", region təmsilçisi "Olimpik Şəki BK" basketbolçuları ilə qarşılaşdı. Oyuna fəal başlayan region basketbolçuları yekunda 73-76 hesabı ilə qələbə qazanaraq, çempionat ilk qələbəsini qazandı. Ən məhsuldar basketbolçular: "Neftçi İK" (Zaur Quşanov 22 xal ), "Olimpik Şəki BK" ( Delvin Haf 34 xal - 5 ribaund) 

  Qeyd edək ki, 4-cü turun digər iki görüşü ("Sabah BK" - "Gəncə BK", "Zirvə Astara BK" - "Sərhədçi PİK") 5 noyabr tarixində, "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.