Xəbərlər

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşdı

29 oktyabr 2022 460

 29 oktyabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turuna yekun vuruldu. Günün ilk görüşündə "NTD BK" komandası, "Zirvə Astara BK" basketbolçuları ilə qarşılaşırdı. Oyuna sürətli başlayan "NTD BK" basketbolçuları yekunda Astaralılar üzərində 84-71 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Stenford Vilyams - 27 xal, 4 asist), "Zirvə Astara BK" (Rashard Kriukşenk - 32 xal, 7 ribaund). Turun sonuncu oyunu, region komandası "Olimpik Şəki BK" və yerli komanda "Sərhədçi PİK" basketbolçuları arasında baş tutdu. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən "Sərhədçi PİK" basketbolçuları parketdən 72-102 hesablı qələbə ilə ayrıldılar. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Ceyson Brauer - 27 xal, 5 ribaund), "Sərhədçi PİK" (Maykl Vinn - 25 xal, 4 asist). 

  Qeyd edək ki, 4 -cü turun oyunları 2 və 5 noyabr tarixlərində, Sərhədçi İdman Mərkəzində keçiriləcək.