Azərbaycan Basketbol Liqasında 2-ci tura start verildi
19 oktyabr 2022 1521
19 oktyabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında basketbol üzrə Azərbaycan çempionatında (ABL) 2-ci turun iki oyunu baş tutdu. Turun ilk görüşündə çempionatın lideri "Gəncə BK" komandası, "Zirvə Astara BK" basketbolçularının qonağı idi. Son topa qədər davam edən oyunda Gəncəlilər yekunda rəqibi üzərində 77-78 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "Gəncə BK" ( Abdulay Bundu 24 xal), "Zirvə Astara BK" (Nikolos Lolişvili 17xal). Turun ikinci oyununda "Sərhədçi PİK" və "Neftçi İK" komandaları qarşılaşırdılar. İlk qarşılaşma kimi bu oyunda gərgin mübarizə şəraitində keçdi və sonda "Neftçi İK" basketbolçuları parketdən 80-85 hesablı qələbə ilə ayrıldılar. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" (Endər Poladxanlı - 34 xal), "Neftçi İK" (Mohsen Moradxani - 21 xal).
Qeyd edək ki, ikinci turun digər iki görüşü ("AAAF Xırdalan BK"-"Sabah BK", "NTD BK"-"Olimpik Şəki BK") 22 oktyabr tarixində "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı

