Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov milli komandamızın üzvləri ilə görüşüb
29 may 2023 921
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov cari ilin martından Petronans Malayziya Badminton Akademiyasında 2023-2024-cü illər ərzində fasiləsiz olaraq təlim məşq düşərgəsində iştirak edərək peşəkarlıq səviyyəsini artıran və orta təhsillərini həmin akademiyada davam etdirən yeniyetmələrdən ibarət milli komandamızın üzvləri Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova ilə görüşüb. Badmintonçularımızın akademiyada şəraiti, hazırlıq səviyyəsi ilə maraqlanan Taleh Ziyadov onlara uğurlar arzulayaraq qazanacaqları təcrübənin ölkəmizdə badmintonun inkişafına təkan verəcəyinə inandığını bildirib.
Petronans Malayziya Badminton Akademiyasını ziyarət edən Taleh Ziyadov eyni zamanda Malayziya Badminton Federasiyasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə də görüşüb. İşgüzar görüş çərçivəsində gələcək perspektivdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, baş katib Ramil Hacıyev və milli komandanın baş məşqçisi Morteza Validarvi Dünya Badminton Federasiyasının Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən illik toplantısında iştirak edib. Toplantı çərçivəsində Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovla Dünya Badminton Federasiyasının prezidenti Poul-Erik Hoyer Larsen arasında Afrikada badmintonun inkişafına dəstək memorandomu imzalanıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
