Xəbərlər

Azərbaycan Atletika Federasiyası 7 may 2022-ci il tarixində “Uşaq Atletikası Günü”nü qeyd edib

09 may 2022 866

Azərbaycan Atletika Federasiyası 2022-ci il mayın 7-də dünyanın 150-dən çox ölkəsində qeyd olunan “Uşaq Atletikası Günü”ndə iştirakını qürurla elan edir.
Bu tarix əvvəllər Ümumdünya Atletika Günü kimi tanınırdı, bu qlobal təşəbbüsün keşmişi 1996-cı ilə gedib çıxır hansı ki, uşaq və gənclər arasında fitnesin və sağlam həyat tərzinin əhəmiyyəti ilə bağlı məlumatlılığın yayılması üçün yaradılmışdır .
2022-ci ildən Dünya Atletikasının inkişaf strategiyasına uyğun olaraq, bu bayram gününün adı atletikanın gücünü istifadə edərək  uşaqları və gəncləri harada olurlarsa olsunlar, daha fəal olmağa, inkişaf etməyə , fiziki qabiliyyətlərini və idmanla olan əlaqələrini gücləndirmək  üçün ruhlandırmaq məqsədilə dəyişdirilərək “Uşaq Atletikası Günü” kimi adlandırılıb, 
Bu ildən başlayaraq hər il mayın 7-də milli federasiyalar, yerli klublar, tədbir təşkilatçıları, məktəblər və praktikantlar (məşqçilər, müəllimlər, könüllülər və valideynlər) 5 yaşdan 14 yaşa qədər uşaq və gəncləri yalnız atletika üçün deyil, bir çox digər idman və fiziki fəaliyyət üçün də tələb olunan təməl bacarıqları öyrətmək üçün nəzərdə tutulmuş əyləncəli oyun əsaslı fəaliyyətləri  təşkil etmək və cəlb etmək üçün dəvət olunurlar. 
Azərbaycan Atletika Federasiyası bu günü aşağıdakı idman yarışlarını keçirərək qeyd edib:
Sədlərlə estafet, Formula1, top atma, vortex atma, yerindən uzunluğa tullanma, çarpaz tullanma.
Yarışda 6 komandadan 48 uşaq (24 oğlan və 24 qız) iştirak edib.