Azər Əliyev: “Shusha Chess” turnirinin FIDE-nin təqviminə daxil olunacağına ümid edirəm
21 sentyabr 2022 821
Hər birinizi Qarabağda salamlamaqdan şadam. Qədim Şuşada 9 ölkədən şahmatçıları qəbul etmək bizim üçün çox xoşdur.
Bu sözləri “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev bildirib.
Şuşanın 2020-ci ildə düşmən işğalından azad edildiyini xatırladan A.Əliyev deyib: “Artıq Şuşa ikinci beynəlxalq idman yarışına ev sahibliyi edir. Cari ildə Şuşada “Əziz Şuşa” adlı velosiped yarışı keçirilmişdi. Ümid edirəm ki, "Shusha Chess" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil ediləcək və hamı Şuşanın yenidən qurulmasının şahidi olacaq”.
Qeyd edək ki, şahmat turniri Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı