Avropa Oyunlarında şahmat yarışları keçiriləcək
22 mart 2023 664

Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.
Qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq.
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.
Bənzər xəbərlər

Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turniri davam edir.
Bu gün Azərbaycanın ... Ətraflı

Azərbaycanın gimnastika hakimləri yeni kateqoriyaya yiyələniblər
Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2025-2028-ci illər ... Ətraflı