Avropa Cüdo Birliyinin yeni pezidenti seçildi
18 iyun 2022 482
17 iyun 2022-ci ildə Vyanada Avropa Cüdo Birliyinin (ACB) növbədənkənar konqresi keçirilib. 51 üzv ölkənin 49-nun iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.
Beynəlxalq Cüdo Federasiyasının (BCF) prezidenti və ACB-nin fəxri prezidenti Marius Vizerin də iştirak etdiyi Konqresdə ACB-nin prezidenti və İdarə Heyətinə seçkilər baş tutub. Səsvermə nəticəsində Macarıstan təmsilçisi Laslo Tot təşkilatın yeni prezidenti seçilib. 62 yaşlı idman diplomatı 24 ildən çoxdur ki, Macarıstan Cüdo Assosiasiyasına rəhbərlik edir və 7-ci dan dərəcəsinə malikdir.
Üzvlərin səsverməsi nəticəsində həmçinin, Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi və Malta təmsilçisi Envik Qalea isə Birliyin xəzinədarı vəzifələrinə seçiliblər.
Azərbaycan Cüdo Federasiyası olaraq, Azərbaycan cüdosunun yaxın dostu Dr. Laslo Tot başda olmaqla, ACB-nin bütün yeni rəhbərliyini təbrik edir, onlara Avropa cüdosunun inkişafı istiqamətində görəcəkləri işlərdə uğurlar arzu edirik.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı