Avarçəkmə “İdman Festivalı-2022”də təmsil olunub
18 noyabr 2022 1373
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “İdman festivalı-2022” keçirilir. Festivalda 23 idman növü üzrə 200-dək idmançı və 35 məşqçi iştirak edir. Proqrama uyğun olaraq, noyabrın 14, 15 və 16-da idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. 17 noyabrdan başlayaraq isə idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edirlər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “İdman festivalı-2022”də 5 idmançı, 1 məşqçi ilə təmsil olunur. Xüsusi ayrılmış güşədə idmançılarımız avarçəkməyə aid müxtəlif trenajor qurğularında çıxışlar göstərirlər. Həmçinin akademik, kayak və kanoe qayıqları nümayiş olunur. Yerli sakinlər arasında avarçəkmə idman növü böyük maraqla qarşılanıb. Festival noyabrın 19-da başa çatacaq.
Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd idman növlərini gənclərə aşılamaq, sevdirmək, idmançılar arasında ünsiyyəti daha da yaxşılaşdırmaqdır.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)
