Xəbərlər

“Atom” İdman Klubu həssas təbəqədən olan uşaqlara bədən tərbiyəsi dərslərinin keçirilməsi layihəsini təqdim edib

11 may 2022 50

Mayın  11-də ATOM idman klubunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bir təbəssüm yetər” adlı tədbir keçirilib. Qonaqları salamlayan idman klubunun rəhbəri Jalə Əfəndiyeva bildirib ki,  həssas təbəqədən olan uşaqlara bədən tərbiyəsi və müxtəlif idman növləri ilə məşğul olmaq fürsətini vermək onların həmyaşıdları ilə sosiallaşaraq cəmiyyətə daha rahat inteqrasiyanı təmin etmək istəyi çoxdan var idi. Bu məqsədlə klubda uşaqlar üçün xüsusi texniki resurslara malik bölmə yaradılıb. Onun sözlərinə görə, “Atom” İdman Klubunda həssas təbəqədən olan uşaqlarla məşğul olan peşəkar işçi qrup fəaliyyət göstərir. Həssas təbəqədən olan uşaqlara bədən tərbiyəsi dərslərinin keçirilməsini nəzərdə tutan layihənin təqdimat mərasimində çıxış edən idmançılar da uşaqlara vaxt ayıra biləcəklərini mütəmadi olaraq onlarla görüşəcəklərini bildirblər. Gənclər və İdman naziri Fərid Qayıbov,  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, İlham Məmmədov, Sosial Xidmətlər  Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Olimpiya çempionu Fərid Mansurov, MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu İlham Zəkiyevin (cüdo), Atletlər Komissiyasının sədri  Rüstəm Orucov (cüdo) və üzvləri Fəridə Əzizova (taekvando), Rəsul Çunayev (yunan-roma güləşi) ilə yanaşı  Rəşad Əhmədovun (taekvando) də qatıldığı tədbirdə uşaqların asudə vaxtlarının səmərəli keçirməsi, idmana həvəsin yaradılması mövzularına da toxunulub.  Tədbir zamanı uşaqlar şou proqram izləyib, idman növləri üzrə estafetlərdə iştirak edib, əyləncəli animatorlarla əylənmək imkanı da qazanıblar.